"OPEC+" alyansının iclası öncəsi neftin qiyməti artır

“OPEC+” alyansının iclası öncəsi dünya bazarlarında neftin qiyməti artır.
“MİNVAL.İNFO” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09.17-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” markalı neftinin noyabr fyuçersləri 0,68 % bahalaşaraq, 1 bareli 72,12 ABŞ dollarına satılıb. “WTI” markalı neftinin oktyabr fyuçerslərinin qiyməti isə 0,69 % bahalaşaraq, 1 bareli 68,97 ABŞ dolları təşkil edib.
İnvestorlar “OPEC+” alyansının keçiriləcək iclasını gözləyirlər. “OPEC+” üzvləri hər ay neft hasilatının gündəlik 400 min barel artırılması haqqında qərarı yenidən müzakirə edəcəklər.
Bundan başqa, treyderlər Amerika Neft İnstitutunun (API) ABŞ-dakı neft ehtiyatları ilə bağlı məlumatlarını qiymətləndirirlər. Belə ki, API-nin qiymətləndirməsinə görə, ABŞ-da neft ehtiyatları 4,05 milyon barel azalıb. Analitiklər isə ehtiyatların 2,8 milyon barel azalacağını güman edirdilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq