“Onu deyəni yoxlatdırsaq, qanında narkotik tapılar” – Dostlarından Aydınla bağlı açıqlama
“Aydını narkotik öldürməyib. Onun qaraciyərində sirroz var idi. Hansı ki, bu, qadında da, kişidə də olur”.
Bizimyol.info axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Ələkbər Yasamallı mərhum meyxanaçı Aydın Xırdalanlıya həsr edilən “Səhər-səhər” verilişində deyib.

O, sözlərinə belə davam edib: “Aydın üç qardaşını evləndirib, onlara ev tikdirib, bacısını gəlin köçürüb, ailəsinə isə gözəl baxırdı. Övladı olmasa da, özü ailəli idi”.

Daha sonra proqramda qonaq olan Mehman Əhmədli isə “Kim deyir ki, onun xəstəliyi narkotikdən olub? Onu deyən adamı yoxlatdırsaq, qanında narkotik tapılar” deyə, bildirib.
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO

Veriliş zamanı Elgiz Əkbərin “Elə bildim ki, Aydını öləndə yerdən götürən olmayacaq, amma çox yaxşı formada dəfn etdilər” sözlərinə meyxanaçı Ağamirzə “Onun qəbrini Rusiyadan gəlib, ziyarət edirlər, ağlayırlar” deyə, cavab verib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"
