22.10.2018 - 23:51
Ölkə
1 baxış
"Oğlu olmadığına görə aborta apardılar" - Uşağını bətnində öldürənlər

“Oğlu olmadığına görə aborta apardılar”
Minval.İnfo ARB TV-yə istinadən xəbər verir ki, oğlanlarla qızlar arasındakı ayrıseçkilik həll olunmasa, onsuz da mövcud demoqrafik problemlər daha da acınacaqlı vəziyyət alacaq.
Sakin: “Mənim bir qızım var idi. Onun da iki qızı. Elə dedilər ki oğlu olsun. Oğlu olmadığına görə aborta apardılar”.
Ailə qurduqdan sonra bətnindəki uşaq məhz qızdır deyə bir neçə dəfə aborta aparılıb. Oğlu olandan sonra isə vəziyyət dəyişib. Ailənin “arzusu” reallaşıb.
Bu, minlərlə faktın sadəcə biridir və problem daha qlobaldır.
Rəna Abdullayeva – ƏƏSMN-in şöbə müdirinin müavini: “Dünyada qəbul olunmuş normaya əsasən hər 100 qıza 105-107 oğlan düşür. Azərbaycanda isə bu göstərici 100 qıza 114 oğlandır. Bu rəqəmə görə Çindən sonra ikinci yerdəyik. Belə davam edərsə, gələcəkdə qadın çatışmazlığı olacaq və əhalinin sayının artımına təsir göstərəcək”.
Qeyri-rəsmi statistikaya görə 100 hamilə qadından 30-u körpəsini ana bətnindəcə öldürür. Onların nə qədərinin məhz bu problemdən qaynaqlandığını demək isə mümkün deyil.
Sakin: “Övlad övladdır, qız ya da oğlan olmasının fərqi yoxdur. İki qızım var, özümü ən xoşbəxt insan sayıram”.
Sakin: “Allahın verdiyi paydır, onun heç bir fərqi yoxdur”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən bildirilir ki, bəzən qadınları boşamaqla və ya təzyiqlərə məruz qoymaqla ondan mütləq şəkildə qız dünyaya gətirmək tələb olunduğundan qadınlar bu yola əl atmalı olurlar. Amma həm tibbi, həm də dini cəhətdən təsdiqini tapıb ki, uşağın cinsiyyəti kişidən asılıdır.
Aynur Veysəlova – AQUPDK-ın şöbə müdirinin müavini: “Bu məlumatsızlıqdan irəli gəlir. Uşağın cinsi kişidən də asılıdır”.
“Oğlan nəslin davamçısıdır, valideynlərə baxan odur, ailənin mirası oğlanındır” kimi streotipləri qırmaq lazımdır. Mütəxəssislər deyir ki, soyadı yaşatmaq, ata-ananın qayğısına qalmaq qız ya da oğlan fərq etmir – bu, fərdin xarakterindən asılıdır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Üç avtobusun yolu dəyişdiriləcək
12.10.2019 - 16:34
Elçin Quliyev Əfqan Nağıyevi özünə müşavir təyin etdi – FOTO
11.12.2020 - 16:06
Bu marşrut xətti “BakuBus”a verildi
13.01.2023 - 15:10
İcra başçısının oğlu yarım milyonluq maşınına yeni nömrə aldı - FOTO
19.11.2021 - 10:36
Bakıda restoran və şadlıq saraylarının cərimələnməsinə başlanıldı
08.09.2018 - 12:27
Nazir Vaqif Axundovun qardaşı oğlunu vəzifədən azad etdi
20.01.2023 - 15:02
Nazirdən gözlənilməz qərar: iki müavinini işdən çıxartdı
18.01.2018 - 20:25