“Mənim qızım qısa da geyinir, şort da. Hərdən mənə deyir ki, “Ana, bu şəkildə şortdayam, “Instagram”da paylaşma. O cür müasir qız Azərbaycanı fikirləşir. Bunu görüb, söylədim ki, halal olsun sənə, Ülkər. Hər ölkənin öz adəti və mili-mənəvi dəyərləri var”.

Bu sözləri minval.info-ya açıqlamasında əməkdar artist Mətanət İsgəndərli deyib. O, həmkarlarının geyimlərini sərt tənqid edib:

“Bəzi müğənnilər var ki, açıq-saçıq geyinsələr də, onların üzərində bu geyimlər vulqar görünmür. Amma elələri  də var, o qədər açıq geyinirlər ki, kənardan iyrənc görünür. Adam baxmaq belə istəmir. Ümumiyyətlə, qadına nifrət edirsən.

Mənim atam o dövrün kişilərindən olub. O deyirdi ki, necə geyinirsinizsə, geyinin, amma əxlaqınız yerində olsun. İnsanın geyimi onun əxlaqından xəbər verir. Açıq-saçıq geyimlər geyinən müğənnilər heç vaxt əxlaq nümunəsi ola bilməz.

Bizim müğənnilərimiz baxırlar Avropaya, başlayırlar onlar kimi geyinməyə. Avropa ifaçıları lüt şəkillər çəkdirsələr də, onlarda bu qəbul olunur və cəmiyyət tərəfindən normal qarşılanır. Amma bizdə elə deyil.

Bizim kitabımız Qurandır. Müsəlman ölkəsində yaşayırıq. Quranda yazılana görə qadın qapalı geyinməlidir. Bunlara da əməl etmək lazımıdır. Müasir görünmək istəyirsənsə, normal geyinməlisən. Şit, vulqar, geyinmək düzgün deyil”