"Nurməhəmmədov xəstəxanadadı, yanına adam buraxmırlar"
Tanınmış şərhçi Ramazan Rabadanov yüngül çəkidə UFC çempionu Həbib Nurməhəmmədovun atasının – Abdulmanap Nurməhəmmədovun səhhətindən danışıb.
Fanat.Az xəbər verir ki, Rabadanov koronavirusa yoluxduğu güman edilən mütəxəssislə bağlı “Çempionat”a açıqlama verib:
“Abdulmanap Mahaçqaladakı 2-ci şəhər xəstəxanasında yatır. Dağlarda xəstələnib. İki gün həkimə müraciət etməyib. Sonda qardaşları yola gətiriblər. Hələ koronavirus faktı təsdiqlənməyib. Qripp olduğunu deyirlər. Yanına heç kimi buraxmırlar. Yeri gəlmişkən, dünya çempionu Şamil Zavurov da xəstələnib. Başqa idmançıların da xəstəxanaya yerləşdirildiyini söyləyirlər”.
Abdulmanap Nurməhəmmədovun 57 yaşı var. Rusiyanın əməkdar məşqçisi yalnız oğlu ilə yox, bir sıra UFC döyüşçüləri ilə işləyir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək