Müğənni Nazim Pişyari həmkarlarının istəyilə ATV-də yayımlanan “Ən yaxşısı” proqramından kənarlaşdırıldığını bildirib.

Axşam.az xəbər verir ki, bu barədə ARB TV-də yayımlanan “Ona qalsa” verilişində danışıb.

N.Pişyari bildirib ki, proqramdan Kərim Abasov və Nura Surinin istəyilə uzaqlaşdırılıb:

“Nura xanımla heç bir ədavətim yoxdur. Ona zamanında dəstək olmuşam. Əli Mirəliyev “Nuranın səsi yoxdur” deyəndə onu müdafiə etmişəm. Mətanət Əliverdiyevanın verilişinə qonaq gəldim. Aparıcı məni elan etməli idi, prodüser yaxınlaşdı ki, sənin Nura ilə nə problemin var? Dedi ki, onlar deyir ki, siz çəkiliş meydançasına girsəniz, onlar gedəcək. Dedim ki, onlarla problemim yoxdur. Yaxşı, Nura, mənim Kərimlə ədavətim var, sənə nə olub? Dünənki cücərtilər mənə meydan oxumaq istəyirlər. Dedilər ki, tək səninlə veriliş edə bilmərik, bizi üzrlü say. Daha sonra paviliyonda başqa veriliş çəkiləcək. Bu mənə çox pis təsir etdi. Özümü təhqirolunmuş kimi hiss etdim. Dedim ki, dövr dəyişib. Gör kimlərin sözü ilə buradan xaric olunuram. Boynumu büküb, çıxıb getdim. Məndən onlara nəsə çatdırıblarsa, zəng vur. Heç vaxt qadın haqda danışmıram”

Qeyd edək ki, N.Pişyari ilə Kərim Abasov 13 ildir küsülüdürlər.