Nina Dobrev Venesiya festivalında qırmızı xalçadan çıxarıldı
Hollivudun məşhur aktrisası Nina Dobrev, 83-cü Venesiya Beynəlxalq Film Festivalının açılış mərasimində maraqlı bir hadisə ilə üzləşib. Aktrisa, Denni Boylun yeni filmi “Mürəkkəb”in premyerasında iştirak edərkən qırmızı xalçada gözlənilməz bir vəziyyətlə qarşılaşıb.
Minval.info xəbər verir ki, “Vampir gündəlikləri” serialında “Yelena Gilbert” obrazı ilə tanınan 37 yaşlı aktrisa, qara, parlaq libasla fotoqraflar üçün poza verərkən təhlükəsizlik əməkdaşı tərəfindən ərazidən uzaqlaşdırılıb. Bu müdaxilə qarşısında Dobrevin təəccübləndiyi və nə edəcəyini bilmədiyi anlar kameralara əks olunub.
Daha sonra festivalın başqa bir rəsmisi aktrisaya irəliləməli olduğunu bildirib və Dobrev qırmızı xalçanı tərk edib. Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Bəzi istifadəçilər təhlükəsizlik əməkdaşının sadəcə festival qaydalarını tətbiq etdiyini qeyd ediblər.
Venesiya Film Festivalında qırmızı xalçada uzun müddət poza verməyə icazə verilmir. Foto çəkilişləri üçün xüsusi yerlər ayrılır və festival əməkdaşları iştirakçıların növbə ilə hərəkət etməsini təmin edirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!