Nigar Camal peşman olub...
Avroviziya qalibimiz Nigar Camal “Peşmanam” adlı yeni klipini təqdim edib.
Müəllifi Zamiq Əliyev (Yap10) olan mahnını rejissor Nail Naiboğlu ekranlaşdırıb.
Nigar klipdə bir neçə retro obrazı canlandırıb. Yaşadığı eşqdən peşman olan qadını canlandıran sənətçi layihədə “Gün keçdi” filminə vurğu edib. Eyni zamanda bir neçə retro tərzdə kamera qarşısına keçib. O, ekran işinin sonuncu səhnəsində anasının 1976-cı ildə geyindiyi nişan libasından istifadə edib.
Klipdə Xalq artisti Faiq Ağayev onun sevgilisi obrazına həyat verib. Sənətçi ilk dəfə başqa bir həmkarının layihəsində yer alıb.
Nigarın obrazları üzərində stilist Vəfa İsazadə çalışıb.
https://www.youtube.com/watch?v=E9YvEG3UJW8
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!