Əngəllilərin həyatını asanlaşdıracaq yeni kəşf
“Əsas məqsəd xəstələrin əlil arabasını idarə etməsinə nail olmaqdır”
Texnologiyanın yeni möcüzəsi – “Beyin sürücüsü” (“Brain Driver”) fiziki imkanları məhdud şəxslərin həyatını yüngülləşdirəcək. Minval.info Milli.Az-a istinadən xəbər verir ki, İsveçrənin Sürix şəhərindəki ETH Universitetində hazırlanan sistem hərəkət imkanları məhdud olan insanların beyin gücü ilə kompüter oyunları oynamasını təmin edir. Alimlərin məqsədi gələcəkdə dayaq-hərəkət aparatı problemləri olan insanların əlil arabalarını idarə etməsinə nail olmaqdır.
Könüllü olaraq universitetin proqramında iştirak edən aşağı və yuxarı ətrafları iflic olmuş Smauel Kuntz bu sistemdən istifadə edərək kompüter oyunları oynaya bilib. Nevroloq həkim Rea Lehner elektrodlar vasitəsilə beyin siqnallarının kompüterə ötürülməsi və oradakı proqramın işə salınmasını təmin edən sistemin hələ pilot mərhələsində olduğunu söyləyib. O əlavə edib ki, əsas məqsəd xəstələrin əlil arabasını idarə etməsinə nail olmaqdır.
ETH Universitetinin professoru Nikol Venderot bildirib ki, insanın kəllə sümüyü çox etibarlıdır və eyni zamanda, beyini qoruyur. Onun sözlərinə görə, bərk materialdan olan kəllə sümüyü həm də elektrodların siqnallarına əngəl olur. Alim ümidvar olduğunu bildirib ki, elmi tədqiqatlar nəticəsində yaxın gələcəkdə bu problemi həll etmək mümkün olacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
SpaceX mobil rabitədə inqilabi yeniliklər təqdim edir
WhatsApp istifadəçiləri üçün əməliyyat sistemi yenilikləri vacibdir
Corcia Meloni səsini süni intellektdən qorumaq üçün addım atdı
Fransız texnologiya şirkəti Soitec qlobal yarımkeçirici sənayesinə güc verir
Texnologiyada qadın gücü: “Ctrl is hers” qalibləri üçün təlimlər başlayıb
BMW yeni elektrikli modellərini təqdim etməyə hazırlaşır
Tesla avtomobilləri üçün yeni sistem təqdim etdi: Maşın yola yapışacaq