Neymardan "Barselona"ya təklif
Fransanın PSJ komandasının futbolçusu Neymar İspaniyanın “Barselona” klubuna müraciət ünvanlayıb.
“Report” “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, 27 yaşlı hücumçu rəhbərlikdən onun transferi üçün təklif olunan məbləği artırmağı xahiş edib.
Daha öncə PSJ Kataloniya təmsilçisinin braziliyalı oyunçunu satın almaq maddəsi ilə icarəyə götürmək istəyini geri çevirib. Çünki Fransa klubu qarşı tərəfin təklif etdiyindən daha böyük məbləğ tələb edir. Neymarın nümayəndələri keçidin tez reallaşmasıı üçün “Barselona” rəhbərliyinə təsir göstərməyə çalışırlar.
Qeyd edək ki, Neymar 2 il əvvəl “Barselona”dan PSJ-yə rekord məbləğə – 222 milyon avroya keçib. Onun Paris klubu ilə 2022-ci ilədək müqaviləsi var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Qızıl top” mərasiminin aparıcıları bəlli oldu
Ronaldo cəzalandırılmasına belə reaksiya verdi
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi