19.06.2020 - 16:32
İdman 16 baxış

Neymar məhkəmədə "Barselona"ya uduzdu

“Barselona” ilə sabiq futbolçusu Neymar arasında məhkəmə prosesi İspaniya klubunun xeyrinə başa çatıb.

“Report” ESPN nəşrinə istinadən xəbər verir ki, məhkəmə hazırda Fransa PSJ-sində çıxış edən braziliyalı hücumçunun Kataloniya təmsilçisinə qarşı 22 milyon avroluq mükafat tələbəni rədd edib.

Üstəlik, 28 yaşlı forvard qarşı tərəfə 7 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, Neymar 2017-ci ilin yayında 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə keçib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: