Nərimanovda metroya yaxın mənzil fürsətləri
Metroya yaxın mənzil axtaranlar üçün Nərimanov rayonu əla seçimlər təklif edir. Burada yerləşən ‘City Garden Narimanov’ layihəsi həm yaşayış, həm də yatırım məqsədilə mənzil axtaranlar üçün cəlbedici variantlardan biridir. Layihə Heydər Əliyev prospekti və ‘N.Nərimanov’ metro stansiyasına yaxın yerləşməsi ilə diqqət çəkir.
Minval.info xəbər verir ki, ‘City Garden Narimanov’da 2, 3, 4 otaqlı və studiya mənzillər təqdim olunur. Hazır və tikintisi davam edən binalarda seçim imkanları mövcuddur. Bu, həm hazır mənzilə köçmək, həm də tikinti mərhələsində seçim etmək imkanı yaradır. Geniş və kompakt sahələr, eləcə də şəxsi bağçalı mənzillər arasından ehtiyacınıza uyğun variant seçə bilərsiniz.
Kompleksin 17,4 hektarlıq yaşıllıq ərazisi və geniş infrastrukturu var. Burada yeni açılacaq ticarət mərkəzi, fitness mərkəzi, ‘LANDAU’ School, açıq və qapalı hovuzlar, oyun meydançaları, qaçış və velosiped zolaqları nəzərdə tutulub. 7/24 təhlükəsizlik və kamera-nəzarət sistemi isə sakinlərə rahat və təhlükəsiz yaşayış mühiti təmin edir.
Mənzillər tam və premium təmirli şəkildə təhvil verilir. Almaniya istehsalı ‘HARO’ parketləri, İtaliyanın ‘GEWISS’ elektrik açarları, ‘Prysmian’ yanmayan kabelləri, ‘Zambaiti Parati’ divar kağızları, Almaniyanın ‘GROHE’ hamam aksesuarları və İtaliyanın ‘Infinity’ keramoqranitləri mənzilin keyfiyyətini tamamlayır. 20 ilədək ipoteka və 36 ayadək daxili kredit şərtləri mənzil sahibi olmağı daha əlçatan edir.
Nərimanovun mərkəzi lokasiyasında yerləşən bu meqa yaşayış kompleksində mənzil seçmək istəyənlər satış ofisinə yaxınlaşa və ya *1544 nömrəsinə zəng edə bilərlər. Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır