Nepalda göl böyüyür: Daşqın təhlükəsi artır
Nepalda sürüşmənin çayın qarşısını kəsdiyi yerdə əmələ gələn göl səbəbindən təkrar daşqın təhlükəsi davam edir. Bu barədə Nepal Daşqın Proqnozlaşdırma Xidmətindən məlumat verilib.
Minval.info xəbər verir ki, çay yatağının qarşısının kəsilməsi nəticəsində yaranan gölün ölçüsü böyüyür və onun daşması riski mövcuddur. Səlahiyyətlilər, Bxote-Kosi çayının aşağı axarındakı sakinlərə və səyahətçilərə ehtiyatlı olmağı və çay sahillərindən uzaqda qalmağı tövsiyə edirlər.
Xatırladaq ki, Nepalın şimalında, Çinlə həmsərhəd olan Rasuva dairəsində avqustun 26-da qəfil genişmiqyaslı daşqın baş verib. Tibet ərazisində baş verən zəlzələ və sürüşmə Lxende çayının yatağını bloklayıb, Bxote-Koşi çayında su səviyyəsinin kəskin şəkildə qalxmasına səbəb olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı