Neftçi və Sabah-ın futbolçuları cəzalandırıldı
AFFA İntizam Komitəsinin bu gün keçirilən iclasında Premyer Liqanın II turu ilə bağlı qərarlar qəbul edilib.
Minval.info xəbər verir ki, “Keşlə” ilə səfər oyununda “Qarabağ” AFFA nümayəndəsinin əsasnaməyə uyğun verdiyi göstərişləri (texniki zonada 1 boş oturacaq və ya bunun qədər məsafə qaydasına riayət etmək) yerinə yetirmədiyi üçün 800 manat cərimə olunub.
Son ölkə çempionu stadiona təyin olunan vaxtdan gec gəlib və bu səbəbdən 800 manat ödəməli olacaq.
“Neftçi”nin futbolçusu Anton Krivotsyuk “Sumqayıt”la ev qarşılaşmasında qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəza ilə üzləşib, klub 200 manat cərimə olunub.
“Zirə”nin 4 oyunçusu “Səbail”lə matçda sarı vərəqə ilə cəzalandırılıb, qəsəbə təmsilçisi 800 manat cərimə ilə üzləşib.
“Sabah”dan Slavik Alxasov “Qəbələ” ilə oyunda qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıb. Futbolçuya 1 oyun cəza, kluba isə 200 manat cərimə kəsilib. Əyalət təmsilçisinin 5 futbolçusu sarı vərəqə alaraq klubu 800 manat ziyana salıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Barselona"nın daha bir futbolçusu koronavirusa yoluxub
"Barselona"nı silkələyən açıqlama - Komandan gedə bilər
"Real"ın Ronaldo ilə bağlı qərarı açıqlandı: qalır, yoxsa gedir?
Kamran Ağayev Kosovo ilə matçda qəsdən oynamayıb? - VİDEO
Kapitan "Neftçi"dən getdi - RƏSMİ
Türkiyə millisi alman məşqçi ilə ANLAŞDI - FOTO
Azərbaycanlı xanım idmançı küçəyə alt paltarında çıxdı - VİDEO