"Neftçi" "Qalatasaray"a rəqib ola bilər
UEFA Avropa Liqasında II təsnifat mərhələsində mübarizə aparacaq 72 komandadan 70-i müəyyənləşib.
Onlardan 45-i I mərhələnin qalibi, 25-i isə mübarizəyə birbaşa II raunddan qoşulanlardır. Onların arasında Azərbaycan təmsilçilərindən yalnız “Neftçi” olacaq. Flaqman I mərhələdə Şimali Makedoniya “Şkupi”sini mübarizədən kənarlaşdırıb – 2:1.
“Ağ-qaralar” püşkatma zamanı daha aşağı reytinqlilərdən ibarət səpələnməmişlər səbətində olacaq. Bu isə “ağ-qaralar”ın güclü komandalardan reytinqcə daha üstün komandalardan birinə rəqib olacağı deməkdir. Potensial rəqiblər arasında İngiltərənin “Tottenhem”, İtaliyanın “Milan”, Türkiyənin “Qalatasaray”, Almaniyanın “Volfsburq” komandaları da var.
Qeyd edək ki, Avropa Liqasında II təsnifat mərhələsinin püşkü avqustun 31-də atılacaq. Püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Həmin gün saat 14:00-da isə “Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşəcək. Sentyabrın 1-də isə müvafiq saatlarda Çempionlar Liqasın pley-off və Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.
Avropa Liqası
II təsnifat mərhələsi
Səpələnmişlər
“Tottenhem” (İngiltərə)
“Bazel” (İsveçrə)
“Kopenhagen” (Danimarka)
“Volfsburq” (Almaniya)
APOEL (Kipr)
BATE (Belarus)
“Qalatasaray” (Türkiyə)
“Malmö” (İsveç)
“Partizan” (Serbiya)
“Standard” (Belçika)
“Styaua” (Rumıniya)
“Qranada” (İspaniya)
“Milan” (İtaliya)
“Reyncers” (Şotlandiya)
“Hapoel” (Beer-Şeva, İsrail)
“Rusenborq” (Norveç)
“Apollon” (Kipr)
“Reyms” (Fransa)
“Fehervar” (Macarıstan)
“Riu Ave” (Portuqaliya)
“Dinamo” (Moskva, Rusiya)
“Slovan” (Liberets, Çexiya)
“Hayduk” (Split, Xorvatiya)
“Şkendiya” (Şimali Makedoniya)
“Kolos” (Ukrayna)
“Villem” (Niderland)
TNS (Uels)
“Yablonets” (Çexiya)
“Lex” (Polşa)
“Hartberq” (Avstriya)
“Aberdin” (Şotlandiya)
“Zrinski” (Bosniya və Herseqovina)
“Kayrat” (Qazaxıstan)
“Jalgiris” (Vilnüs, Litva)
“Orxus” (Danimarka)
“Motervell” (Şotlandiya)
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Səpələnməmişlər
“Kukesi” (Albaniya)
“Servett” (İsveçrə)
“Aris” (Yunanıstan)
OFİ (Yunanıstan)
“Ventspils” (Latviya)
“Olimpiya” (Lyublyana, Sloveniya)
“Linkoln” (Cəbəllütariq)
“Topola” (Serbiya)
“Osiyek” (Xorvatiya)
“Höteborq” (İsveç)
“Hammarbü” (İsveç)
“Budyo Qlimt” (Norveç)
“Vikinq” (Norveç)
“Proqress” (Lüksemburq)
“Riteryay” (Litva)
MOİK (Sofiya, Bolqarıstan)
“Honved” (Macarıstan)
“Kaysar” (Qazaxıstan)
“NEFTÇİ” (AZƏRBAYCAN)
B-36 (Farer adaları)
“Lokomotiv” (Plovdiv, Bolqarıstan)
“Botoşani” (Rumıniya)
“Pyast” (Polşa)
“Teuta” (Albaniya)
“Renova” (Şimali Makedoniya)
“Borats” (Bosniya və Herseqovina)
“Lokomotivi” (Gürcüstan)
“Laçi” (Albaniya)
“Hibernians” (Malta)
“Dunayska Streda” (Slovakiya)
“Bala Taun” (Uels)
“Sfantul George” (Moldova)
“Şemrok Rovers” (İrlandiya)
“Kolreyn” (Şimali İrlandiya)
“Nomme Kalyu” (Estoniya) – “Mura” (Sloveniya) cütünün qalibi
“Makkabi” (Hayfa, İsrail) – “Jelezniçar” (Bosniya və Herseqovina) cütünün qalibi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək