"Neftçi"nin yeni məşqçisi açıqlandı - RƏSMİ
“Neftçi” PFK-nın məşqçilər korpusuna yeni təyinat olub.
Minval.info xəbər verir ki, Vadar Nuriyev əsas komandada köməkçi-məşqçi vəzifəsinə təyin edilib.
Bu barədə paytaxt klubunun rəsmi saytı məlumat yayıb. 47 yaşlı mütəxəssislə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, 1998-2001-ci illərdə “Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan kubokunun qalibi olub. 2018-ci ildə əvəzedici komandanın baş məşqçisi olmuş Nuriyev “İnter”in əvəzedici və U-19 komandalarında, eləcə də “Olimpik-Şüvəlan”ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL, MOİK və “Keşlə” klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək