"Neftçi"nin qapıçısı: "Roberto Bordinin gedişindən sonra canlanma var"
“Uzun müddətdir ki, meydana çıxmırdım. Həyəcan yox idi. Qələbə qazanmaq istəyirdik. Yaxşı oynadıq və mübarizə apardıq. Amma qələbə topu çatmadı. Azarkeşlərə də təşəkkür edirik. Baş məşqçi Füzuli Məmmədova təşəkkür edirəm ki, uzun fasilədən sonra mənə şans verdi, oynadım”.
“Report”un məlumatına görə, bu fikirləri “Neftçi”nin qapıçısı Aqil Məmmədov Premyer Liqanın XVI turunda “Qarabağ”la qolsuz bərabəra qaldıqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
31 yaşlı qolkiper “qapıçı mövqeyindəki dəyişiklik nə ilə bağlı idi” sualına belə cavab verib: “Bilmirəm. Bu suala məşqçi cavab verə bilər. Mənlik deyil”.
Məmmədov Ağdam təmsilçisi ilə görüşə qələbə üçün çıxdıqlarını vurğulayıb: “Futbolçular da əzmkar oyun sərgilədilər. Qələbə çatmadı. Biz 3 xal üçün gəlmişdik”.
Qapıçı deyib ki, sabiq baş məşqçi Roberto Bordinin gedişindən sonra komandada canlanma var.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək