"Neftçi"nin qapıçısı: "Legionerlərin olmaması bizə təsir etmir"
“Artıq dünən fərdi məşqlərə başlamışıq. Komandada əhval-ruhiyyə yaxşıdır”.
“Report”un məlumatına görə, bu fikirləri “Neftçi”nin qapıçısı Aqil Məmmədov klubun televiziyasına açıqlamasında təlim-məşq toplanışı barədə danışarkən deyib.
31 yaşlı qolkiper sabahdan etibarən komanda şəkildə məşq edəcəklərini bildirib. “Hazırlıq prosesi normal davam edir. Çalışırıq ki, əhval-ruhiyyə yaxşı olsun və çempionata yaxşı hazırlaşaq”.
Məmmədov legionerlərin komandada olmamasına da münasibət bildirib: “Hazırda fiziki məşqlərə üstünlük veririk. Komanda tam birlikdə məşq edə bilmir, qapıçılar və futbolçular ayrıdır. Legionerlərin olmamasının bizə təsiri hələ ki, özünü göstərmir. Hər şey qaydasındadır”.
Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasının XIV turunda yanvarın 21-də “Səbail”in qonağı olacaq.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək