"Neftçi"nin baş məşqçisi Samir Abasov dörd oyunluq cəzalanıb
“Neftçi” komandasının baş məşqçisi Samir Abasov dörd oyunluq cəza alıb.
Minval.info xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.
Mütəxəssis “Qarabağ”a 0:2 hesabı ilə uduzduqları Misli Premyer Liqasının XI turunun oyunundan sonra hakimi təhqir etdiyi üçün cəza ilə üzləşib. Paytaxt klubu buna görə 10000 manat cərimələnib.
“Ağ-qaralar” azarkeşlərin sözügedən matçda meydana kənar əşya atması ucbatından 3500 manat ziyana düşüb. Bu hal cari mövsümdə üçüncü dəfə təkrarlanıb.
“Neftçi” fanatlar rəqib komandanın ünvanına təhqiramiz ifadələr səsləndirdiyi üçün 7000 manat, tərəfdarların oturacaqları sındırdığına və stadiona zərər vurduğuna görə 3000 manat ödəyəcək.
“Qarabağ” isə azarkeşlərin təhqiramiz ifadələr işlətməsinə görə 6000 manat cərimə olunub. Bu hal da cari mövsümdə ikinci dəfə təkrarlanıb.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək