Nazpəri Dostəliyevanın qardaşı burda yaşayır - Fotolar
Qızı Pərvanə Dostəliyevaya qarşı təcavüz etməkdə ittiham olunan Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağalar Dostəliyevin yaşadığı yerin görüntüləri yayılıb.
Minval.info xəbər verir ki, axşam.az saytının əməkdaşları A. Dostəliyevanın yaşadığı evə gediblər. Onun qızının dediyi kimi, kiçik bir “butka”da yaşadığı məlum olub. Ancaq A.Dostəliyev məkanda çəkiliş aparılmasına icazə verməyib.
O, gah “Əhmədlidə evim var, gəlib ailəmlə orada çəkərsiniz”, gah da “Buraları səliqəyə salandan sonra gəlin” sözlərini deyərək, danışmaqdan imtina edib.
Bundan başqa, məlum olub ki, Dostəliyev “butka”sının ətrafını itlər vasitəsilə qoruyur. Ətrafdakı şəxslərin iddiasına görə, o, sözügedən yerdə yaşayır və itlər vasitəsilə özünü qoruyur. Ağalar qeyd edib ki, bu şəraitdə yaşamasını və ya özünün iddia etdiyi kimi işləməsini qınayanlara belə cavab verib: “Halal zəhmətimlə pulumu qazanıram. Heç kimdən kömək istəmirəm”.
Qeyd edək ki, A.Dostəliyev Pərvanənin anası Şəhla ilə rəsmi nikahda olmadığını, onun yüngül həyat tərzi keçirdiyini, qızın isə onun övladı olmadığını deyib. O bildirib ki, təcavüz iddiaları da Pərvanənin uydurmasıdır.


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək