Nazirlik Bakı Şəhər İcra Hakimiyyətinə “məcburi göstəriş” verdi
Nəsimi rayonu, 20 yanvar küçəsində yaşıllıq ərazidə ağacların yandırılması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayət Bakı şəhər Ekologiya və Təbii Sərvətlər Departamentinin əməkdaşları tərəfindən yerində araşdırılıb.
Nazirlikdən Minval.info-ya daxil olan məlumata görə, sözügedən əraziyə keçirilən baxış zamanı 1.5 sot yaşıllıq ərazidə 4 şam ağacının yanaraq quruma təhlükəsi qarşısında qaldığı məlum olub. Faktla bağla akt tərtib edilib, qanun pozucusunun müəyyən olunması və barəsində qanunamüvafiq tədbirin görülməsi üçün Nəsimi rayon Polis İdarəsinə müraciət edilib.
Ağaclara profilaktik xidmət göstərilməsi, qorunub mühafizə olunması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinə icrası məcburi olan “məcburi göstəriş” verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Əli Həsənov bu vəzifəsini də itirdi
İcra başçısı Suqovuşanda qəzaya düşən vəzifəli şəxsləri işdən çıxardı
Prezident İlham Əliyev qazaxıstanlı həmkarını təbrik edib
Ombudsmanla bağlı qanun dəyişdirildi: Maaşı artırıldı
Aliment ödəmək üçün böyrəyini “su qiymətinə” satdı - TƏFƏRRÜAT
Sabiq nazirin Londonda milyonluq mülkləri üzə çıxdı