Naxçıvanda hərbi hissələrə kənd təsərrüfatı məhsulları təqdim olunub

Xalq-ordu birliyini özündə əks etdirən tədbirlərin davamı kimi sahibkarlar tərəfindən 5500 kiloqram kənd təsərrüfatı məhsulu əsgərlərə təqdim olunub. Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən bildirilib ki, muxtar respublikanın Şərur rayonunun Aralıq kənd sakini Əmir Əsədov, Məmmədsabir kənd sakini Əli Rüstəmov və “N” hərbi hissəsinin giziri Sərvan Məmmədov tərəfindən 3 ton sarımsaq, 1700 kiloqram turp və 800 kiloqram kartof hərbi hissə və sərhəd zastavasına hədiyyə edilib.
Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsində və “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının zastavasında şəxsi heyətlə görüş zamanı dövlət qayğısından və xalq-ordu birliyindən danışılıb.
Sonda gətirilmiş sovqat hərbi hissə və zastavanın anbarlarına təhvil verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hərbçilərin mənzil təminatına 35 milyon manat ayrılacaq
Ordumuzun mövqeləri atəşə tutuldu
XTQ-nin İranla sərhəddəki təlimləri nəyə HESABLANIB...
"Hərbçilərimizin maaşları artırılmalıdır" - Pənah Hüseyn
Daşaltı necə azad olunub?
Azərbaycanın bir şəhid belə vermədən azad etdiyi STRATEJİ ƏRAZİ - VİDEO
Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı - Videoçarx