Naxçıvanda döyüş atışlı taktiki-xüsusi təlimlər keçirilib - FOTOLAR

Əlahiddə Ümumqoşun Ordunun Hava Hücumundan Müdafiə hissə və bölmələrində döyüş atışlı taktiki-xüsusi təlimlər keçirilib.
Minval.İnfo xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən verilən məlumata görə, təlimlərdə bölmələrin həyəcan siqnalı ilə qaldırılması, şərti düşmənin hava zərbələrinin dəf edilməsi, verilmiş tapşırığa görə qərar qəbuletmə prosesinə uyğun qərargahların fəaliyyətləri, məsrəf olunmuş raketlərin yenisi ilə doldurulması məşq etdirilib.
Təlimlərə hava düşmənini təqlid etmək üçün aviasiya bölmələri də cəlb olunub. Təlimlərin sonunda ümumqoşun birləşmələrinin hava hücumundan müdafiə bölmələri praktiki atışları icra ediblər.
Minval.İnfo / Samral



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hərbçilərin mənzil təminatına 35 milyon manat ayrılacaq
Ordumuzun mövqeləri atəşə tutuldu
XTQ-nin İranla sərhəddəki təlimləri nəyə HESABLANIB...
"Hərbçilərimizin maaşları artırılmalıdır" - Pənah Hüseyn
Daşaltı necə azad olunub?
Azərbaycanın bir şəhid belə vermədən azad etdiyi STRATEJİ ƏRAZİ - VİDEO
Müdafiə Nazirliyindən Anım Günü ilə bağlı - Videoçarx