Naxçıvana uçuşlar dolur: Səfərinizi öncədən planlayın və rahatlıq qazanın!
Azərbaycan Hava Yolları QSC (AZAL), avqust və sentyabr aylarında Bakı-Naxçıvan-Bakı marşrutu üzrə artan sərnişin tələbatına cavab olaraq, səyahət edənlərə planlarını əvvəlcədən qurmağı və aviabiletlərini vaxtında əldə etməyi tövsiyə edir.
Minval.info xəbər verir ki, yay tətilindən qayıdanlar, yeni tədris ilinin başlanması ilə əlaqədar tələbə və ailələrin hərəkəti, eləcə də işgüzar səfərlərin artması Naxçıvan istiqamətində sərnişin sayının yüksəlməsinə səbəb olur. Bu səbəbdən bəzi tarixlərdə reyslər tez dolur. Səyahətin əvvəlcədən planlaşdırılması sərnişinlərə daha geniş seçim imkanı yaradır və səfərlərini daha rahat təşkil etməyə kömək edir.
Hal-hazırda Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik 16 müntəzəm reys həyata keçirilir. AZAL, sərnişin tələbatını davamlı olaraq analiz edir və ehtiyac yaranarsa, əlavə reyslərin təyin olunması imkanlarını da nəzərdən keçirir.
Naxçıvan istiqamətində uçuş proqramı sərnişin tələbatı ilə yanaşı, regionun mürəkkəb dağlıq relyefi və hava şəraiti nəzərə alınaraq hazırlanır. Bu səbəbdən reyslərin planlaşdırılması və icrası uçuşların təhlükəsiz və etibarlı şəkildə həyata keçirilməsini təmin edən əməliyyat tələblərinə uyğun olaraq həyata keçirilir.
Aviabiletləri AZAL-ın rəsmi vebsaytı və ya mobil tətbiqi vasitəsilə, həmçinin aviaşirkətin satış məntəqələri və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı