NATO-nun keçmiş baş katibinin fikirləri Gürcüstanda narazılıq doğurub
NATO-nun keçmiş baş katibi Andres Foq Rasmussenin Tbilisidə keçirilən “İndi nə?” beynəlxalq konfransda səsləndirdiyi bəzi fikirlər Gürcüstanda narazılıqla qarşılanıb.
“Report”un yerli bürosunun xəbərinə görə, A.F.Rasmussen tədbirdə çıxışı zamanı bildirib ki, Gürcüstanda ölkənin Abxaziya və Cənubi Osetiya bölgələri olmadan NATO-ya üzvlük məsələsi müzakirə olunmalıdır.
NATO-nun sabiq baş katibinin fikirlərinə münasibət bildirən parlament çoxluğunun rəhbəri Gia Volski bildirib ki, istənilən beynəlxalq təşkilat Gürcüstanı beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində qəbul etməlidir.
O deyib ki, Gürcüstanın Abxaziya və Cənubi Osetiyasız NATO-ya üzvlüyü məsələsi qəbuledilməzdir.
Gürcüstan parlamentinin Müdafiə və təhlükəsizlik məsələləri üzrə komitəsinin sədri İrakli Sesiaşvili öz növbəsində ölkənin NATO-ya birmənalı şəkildə Abxaziya və Cənubi Osetiya bölgələri ilə birgə üzv olacağını deyib.
O qeyd edib ki, Gürcüstanın ərazi bütövlüyünü NATO, Avropa İttifaqı və əksər dövlətlər tanıyır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı
Meloni İtaliyada yeni siyasi rekord qırdı
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"
Kreml Türkiyə-Ermənistan sərhədinin açılmasını istəyir
İlham Əliyev Putinlə ayaqüstü görüşdü - FOTOLAR