Narsist insanları tanımağın 5 əsas əlaməti
Cəmiyyətdə və sosial şəbəkələrdə tez-tez “narsist” ifadəsinə rast gəlirik. İnsanlar özünü üstün tutan, lovğalıq edən və daim diqqət gözləyən şəxsləri asanlıqla narsist adlandırırlar. Lakin özünə güvənən hər kəsi narsist adlandırmaq nə dərəcədə doğrudur? Bu sualın cavabını aydınlaşdırmaq üçün psixoloq Rəxşan Əli Əzimzadə ilə danışdıq.
Minval.info xəbər verir ki, psixoloq Rəxşan Əli Əzimzadə narsizmin əsas xüsusiyyətlərini belə izah edir: “Narsist insanlar tənqidə dözümsüzdürlər, empatiya qabiliyyətləri zəifdir və bəzən insanlardan öz məqsədləri üçün istifadə edirlər. Lakin burada vacib məqam odur ki, özünə güvənən hər insan narsist deyil. Narsist başqasını əzən insandır. Sağlam özünəsevgi isə ‘mən dəyərliyəm’ deyir, narsist isə ‘mən səndən daha dəyərliyəm’ deyir və başqalarını aşağı təbəqədə görür.”
Psixoloq əlavə edir ki, müəyyən narsistik xüsusiyyətlər hər bir insanda ola bilər. Təriflənməkdən xoşlanmaq, uğur qazandıqda fəxr etmək normaldır. Lakin narsizmdə bu xüsusiyyətlər həddindən artıq böyüdülür. Münasibətin əvvəlində belə insanlar çox cazibədar görünə bilər, sizi xüsusi hiss etdirə və hətta idealizə edə bilərlər. Münasibət dərinləşdikcə isə diqqət və təsdiq ehtiyacı, tənqidə dözümsüzlük ortaya çıxır. Empatiyanın zəifliyi, manipulyativ cümlələrdən istifadə, emosional təzyiq və nəzarət etmək istəyi də özünü göstərə bilər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır
Azərbaycanda 17 min müəllim sertifikasiyanın müsahibəsinə çağırıldı