Namiqin Musiqi Forumuna qatılması tənqid edildi
Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə keçirilən Musiqi Forumu keçirilir.
Axşam.az xəbər verir ki, üç gündür davam edən forumda xanəndələr, müğənnilər, incəsənət və mədəniyyət xadimləri yer alıblar. Meyxanaçı Namiq Qaraçuxurlunun forumda yer alması isə sosial şəbəkədə müzakirələrə səbəb olub. Bir çoxları meyxanaçının Musiqi Forumuna qatılmasını tənqid ediblər.
Mədəniyyət nazirliyinin əməkdaşı Günay Rəhimova məsələ ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib. O, meyxanaçının tədbirə qatılması ilə bağlı bu sözləri qeyd edib:
“Ölkədə ilk dəfə keçirilən Musiqi Forumunda Namiq Qaraçuxurlunun iştirakı bir çox adamda sual yaradıb və dünəndən mənə neçə nəfər yazıb, hamıya bir-bir yazmaq olmur deyə, istədim bu məqamları cavablandırım. Namiq Qaraçuxurlu forumda ekspert ve moderator kimi iştirak etsəydi və səhnədən sualları cavablandırsaydı siz deyən idi, o, orada musiqi ilə məşğul olan 600 nəfər qonaqdan biri idi. Musiqi forumu- elmi praktik konfrans və ya elmi simpozium deyil, Musiqi forumu – müzakirə platformasıdır və musiqinin bütün janrları ilə məşğul olan hər kəs iştirak edib, onu narahat edən sualları verə bilər. Yeri gəlmişkən, Namiq Qaraçuxurlu ilə yaxın əyləşmişdim deyə, şəxsən deyə bilərəm ki, o, forum zamanı öz telefonu ilə məşğul olmurdu, yanındakılarla söhbət etmirdi, çıxıb foyedə gəzmirdi, bütün çıxışlara diqqətlə əvvəldən sona qədər qulaq asırdı”.
Qeyd edək ki, Musiqi Forumu oktyabrın 29-dan 31-nə kimi keçirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Türkiyədə aktyor Serhat Mustafa Kılıç vəfat etdi
Alen Simonyan ailə həyatı qurdu
Sibel Can 11 yaş kiçik sevgilisi ilə evlənir
Seda Sayandan səhnədə romantik etiraflar!
Bakıda qardaşlar arasında avtomobil qalmaqalı!
Nina Dobrev Venesiya festivalında qırmızı xalçadan çıxarıldı
Toydan dönən sürücü qəzaya düşdü: Yaralılar var