Nərmin sarayda klip çəkdirdi - video
Müğənni Nərmin Kərimbəyova ilk dəfə klip təqdimatı edib.
Minval.info xəbər verir ki, ifaçı “Qaralama sevgi” adlı sayca 20-ci klipini sevənlərinin ixtiyarına verib.
Tədbirin aparıcısı Azər Süleymanlı qonaqları salamlayıb, müğənninin fəaliyyəti haqda məlumat verib.
Daha sonra Nərmin Kərimbəyova səhnəyə dəvət olunub, klip izlənilib.
Bildirilib ki, ekran işi Gürcüstanın paytaxtı Tbilisidə bir neçə fərqli məkanda lentə alınıb. Onların arasında 18-ci əsrə aid Marşal sarayı, “Gürcüstan salnaməsi” abidəsi var. Çəkilişlər bir həftə davam edib.
Mahnının söz və musiqisi Bahar Qəhrəmanlıya məxsusdur. Klipi rejissor Nisə Cəfərova lentə alıb.
Nərmin Kərimbəyova tədbirdə bir neçə hit mahnısını ard-arda səsləndirib. Daha sonra media nümayəndələrinin suallarını cavablandırıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
“Maşın” şouda yeni adlar bəlli oldu - ÖZƏL
İki Şəbnəm ad davasına çıxdı: İş məhkəməyə gedə bilər - AÇIQLAMA
“10 kişi də tapıb ərə getmək olar...”
“Söhbət dikbaşlılıqdan gedirsə...” - Rəsul Əfəndiyev
Sevgilisi ilə yarıçılpaq fotolar paylaşan Şeymaya xəbərdarlıq
Fotoşoplu şəkillərə lağ etdi: "Mumiyaya oxşayırlar"