14.08.2026 - 12:53
Maqazin 43 baxış

Nərimanovda yeni mənzil imkanları: "City garden"ın təqdim etdiyi üstünlüklər nədir?

Nərimanov rayonunda mənzil almaq istəyənlər üçün yeni imkanlar yaranır. Əvvəllər mənzil seçərkən əsas diqqət kvadrat metrə yönəlsə də, indi alıcılar üçün bir çox digər amillər də önəmli rol oynayır. Məsələn, mənzilə nə qədər vaxta çatmaq, yaxınlıqda hansı xidmətlərin olması və uşaqlar üçün məktəb və istirahət məkanlarının mövcudluğu kimi faktlar seçim prosesinə təsir edir.

Minval.info xəbər verir ki, bu dəyişən tələblər fonunda “City Garden Narimanov” yaşayış kompleksi fərqli ehtiyacları bir məkanda birləşdirən yeni bir model təqdim edir. “N.Nərimanov” metro stansiyasına yaxın yerləşən bu kompleks, mərkəzi mövqenin üstünlüklərini geniş yaşayış imkanları ilə birləşdirir.

“City Garden Narimanov”da hazır binalarda 58,84 kv.m-dən 169,74 kv.m-ə qədər sahəsi olan 2 otaq studiyadan 4 otağa qədər mənzillər mövcuddur. Tikintisi davam edən binalarda isə 59,65 kv.m-dən 150,67 kv.m-ə qədər 2 otaq studiya, 2, 3 və 4 otaqlı mənzil seçimləri təqdim edilir. Bu mənzillər sərfəli ipoteka və daxili kredit şərtləri ilə satışa çıxarılıb.

Mənzillərin tam və keyfiyyətli təmirli şəkildə təhvil verilməsi də alıcılar üçün vacib üstünlüklərdən biridir. “City Garden Narimanov”da mənzillər Almaniya istehsalı “HARO” parketləri, İtaliya istehsalı “Prysmian” yanmayan kabelləri və “GEWISS” elektrik açarları ilə təchiz olunur. Divarlarda “Zambaiti Parati” divar kağızları, hamam aksesuarlarında isə Almaniyanın “GROHE” brendi istifadə edilir.

Kompleksin üstünlükləri yalnız mənzillərlə məhdudlaşmır. Burada sakinlərin gündəlik ehtiyaclarına cavab verən geniş infrastruktur yaradılır. Ərazidə yeni alış-veriş mərkəzi və fitness mərkəzinin açılması planlaşdırılır. Həmçinin “LANDAU” School-un sentyabr ayında açılması nəzərdə tutulur. Kompleksin 17,4 hektar yaşıllıq sahəsi isə şəhərin mərkəzində yaşamaq istəyənlər üçün əlavə bir üstünlükdür.

“City Garden Narimanov” layihəsində 20 ilədək ipoteka və 36 ayadək daxili kredit şərtlərindən yararlanmaq mümkündür. Bundan əlavə, “Kristal”ın “Evini hissə-hissə al” modeli ilə faizsiz və aylıq öhdəliksiz şərtlərlə mənzil sahibi olmaq imkanı da təqdim edilir. Mənzil dəyəri artdıqca, daşınmaz əmlaka etdiyiniz yatırımın da dəyəri artır.

Sizə uyğun mənzil haqqında daha ətraflı məlumat almaq üçün satış ofisinə yaxınlaşa və ya *1544 nömrəsinə zəng edə bilərsiniz. Nərimanovda arzuladığınız mənzili seçin və gələcək evinizə bu gündən addım atın.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: