Nərimanovda mağazalardan oğurluqlar edən şəxs saxlanılıb - FOTO
Nərimanov rayonu Ağa Neymətulla küçəsində yerləşən mağazada satıcı işləyən Təhminə Əliyevaya məxsus çantadan 268 manat pul naməlum şəraitdə oğurlanıb.
Minval.info xəbər verir ki, zərərçəkən bu barədə ərazi üzrə Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinə məlumat verən kimi hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Masallı Nicat Fərzəliyev saxlanılıb. O, ifadəsində etdiyi cinayəti etiraf edib.
Qeyd edək ki, saxlanılan şəxsin satıcının çantasından oğurluq etməsi obyektin təhlüksizlik kameraları vasitəsilə də qeydə alınıb. N.Fərzəliyevin ətrafında keçirilən əlavə tədbirlərlə onun cari ilin yanvarında Nərimanov rayonunda yerləşən “Yaşıl Bazar” ticarət mərkəzində yerləşən mağazalardan birindən kassadan 1200 manat oğurladığı da məlum olub.
ƏLAQƏLİ
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
Faktla bağlı 18-ci Polis Şöbəsində toplanan materiallar araşdırılması üçün Nərimmanov Rayon Polis İdarəsinə göndərilib. Bu şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Nərimanov RPİ və ya 18-ci Polis Şöbəsinə müraciət edə bilərlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı
Yol polisi dəmir yolu keçidlərində təhlükəsizlik üçün xəbərdarlıq etdi
Məktəbdə səsləndirilən şüarlar - kimlərə xidmət edirlər?
DİN: İctimai qaydanı pozan 37 nəfər həbs edilib
Məktəbli forması ilə bağlı qaydalara etiraz edən 37 nəfər həbs olundu
