Nənənin əlini maşının qapısında qoyub sürüdülər - Azərbaycanda (Təfərrüat)
Mingəçevir şəhərinin mərkəzində 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Minval.info report-a istinadən xəbər verir ki, həyat yoldaşından ayrılan xanım övladını özü ilə aparmaq istədiyi zaman qayınanasının müqaviməti ilə üzləşib.
Şəhər sakini olan 1971-ci il təvəllüdlü Həşimova Gülnarə Rəsul qızı əli ilə nəvəsinin olduğu maşının qapısından tutub. Lakin markası hələlik məlum olmayan avtomobilin sürücüsü buna məhəl qoymayaraq maşını hərəkətə gətirib. Bu zaman əli necəsə maşına ilişib qalmış qadın avtomobilin arxasınca sürüklənib. Avtomobil hadisə yerindən uzaqlaşıb, qadın isə yıxılaraq yerdə qalıb. Nəticədə ağır bədən xəsarətləri alan G.Həşimova xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Səbuhi Əhmədovun şəhadətindən 4 il keçir
Ukraynanın PUA hücumu: Tatarıstanda 2 ölü, 12 yaralı
Yava dənizində 243 nəfərlik gəmi faciəsi
Hörmüz boğazında İran gəmisinə hücum: Ölən var
Qanlı göldə balıqların kütləvi ölümü!
Qeşm adasında partlayış səsləri: Gərginlik artır
Gəncədə qaz təchizatı yanğın səbəbindən dayandırıldı