“Nə edə biləcəyimizi dost da, düşmən də gördü” - Çavuşoğlu
“Bizi nəzərə almadan heç nə edə bilməzlər”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilin yekununa dair mətbuat konfransında Şərqi Aralıq dənizində bu il baş verən hadisələrə münasibət bildirərkən deyib.
“Türkiyə addım atdığı zaman bunun hər kəsi məmnun etmədiyini gördük. Bizim prioritetimiz Türkiyənin və millətimizin maraqlarını qorumaqdır. Şərqi Aralıq dənizində meydanda fəaliyyət göstərdik və bizi nəzərə almadan bir şey edilməsinin mümkün olmayacağını təkcə Aİ deyil, hər kəsə göstərdik. Nə edə biləcəyimizi dost da, düşmən də gördü”,- deyə Çavuşoğlu qeyd edib.
Xatırladaq ki, 27 avqust 2020-ci il tarixində Yunanıstana məxsus 6 ədəd “F-16” təyyarəsi Krit adasından havaya qalxaraq, Kipr Respublikası istiqamətində uçuş həyata keçirmiş və Türkiyə tərəfindən beynəlxalq “NAVTEX” elan edilən bölgəyə yaxınlaşmışdı. Bundan sonra Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “F-16” qırıcıları onların bu bölgəyə yaxınlaşmalarının qarşısını almış və bölgəni tərk etməyə məcbur etmişdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Monteneqro və Xorvatiya arasında mübahisələr AB üzvlüyünə mane olur
Qrem Aktının dayandırılması: Ukrayna üçün yeni ssenarilər
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı