Ezamiyyət qaydaları dəyişdi – Bu şəxslərə xüsusi istisna tətbiq olunacaq
Maliyyə Nazirliyi “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edib.
Minval.info xəbər verir ki, yeni qərara əsasən, mühafizə olunan şəxslərin səfərləri zamanı təhlükəsizliyi təmin edən Azərbaycan Respublikası Dövlət Mühafizə Xidməti və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşlarına ezamiyyət qaydalarında xüsusi istisna hüququ tətbiq olunacaq.
Qərara əsasən, Maliyyə Nazirliyinin Aparatının Uçot siyasəti şöbəsinə sənədin 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunması tapşırılıb.
Sənəd Reyestrə daxil edildikdən sonra 72 saat ərzində rəsmi dövri mətbuatda dərc olunacaq və eyni zamanda Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır