“Müğənnilərin çoxunun başı boşdur” – teleaparıcıdan qalmaqallı sözlər
Teleaparıcı Vüsalə Kərimova televiziyaların tənqid olunmasına münasibət bildirib.
Musavat.com saytına açıqlama verən teleaparıcı müğənnilərin aparıcıları tənqid etməsini doğru saymadığını bildirib: “Aparıcını o müğənni tənqid edə bilər ki, onun tərzi, gözəl danışığı var, ağzını açanda dür tökülür. Müğənnilərin 99 faizi danışa bilmir. Hansı haqla aparıcıları tənqid edir? Müğənni öz danışığının üzərində işləməlidir. Aparıcıların hamısı dörd-dördlük deyil. Amma mənim aparıcı hesab etmədiyim aparıcı belə onu tənqid edən müğənnidən yaxşı danışır. Elçin Əlibəylinin debatına mən də qoşuluram. Gəlib savadlarını ortaya qoysunlar, bir-iki nəfəri çıxmaq şərti ilə müğənnilərin əksəriyyətinin başı boşdur”.
V.Kərimova yeni layihə üzərində çalışdığını da əlavə edib: “Yeni layihə üzərində çalışıram. ATV-də yayımlanacaq. Musiqili veriliş olacaq. Vaxtım olduqca proqramlara göz gəzdirirəm. Hələ ki, yeni verilişləri izləməmişəm, amma köhnə verilişlərin yeni versiyasına baxmışam. Onu da deyim ki, efirlərimiz tənqid edilən qədər bərbad deyil. Səviyyəli verilişlər var”.
Qeyd edək ki, televiziyaları müğənni Nura Suri tənqid etmişdi. O bildirmişdi ki, verilişlər insanların əxlaqını pozur. Daha sonra əməkdar artist lalə Məmmədova, müğənnilər Günay İbrahimli, Səidə Dadaşova, Elvin Abdullayev ona dəstək olmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəşid Behbudovun sənəd irsi üzərində qalmaqal yaranıb
Roberto Karlos və digər futbolçular saxta diplom qalmaqalında
Epstein qalmaqalı: polis səhvləri və şahzadə Endryunun durumu
Bağçada psixotrop dərman qalmaqalı: direktor vəzifəsindən azad edildi
Səhiyyə Nazirliyində tender qalmaqalı: eyni şirkət 16 satınalma qazandı
Oksana Samoylova Ciqanı valideynlik hüququndan məhrum etmək istəyir
Eyfel qülləsinin direktoru seksizm qalmaqalına görə istefa verəcək
