Müğənni Güllünün ölümü: Qızı həbs olundu
Türkiyənin Yalova şəhərində 6-cı mərtəbədən yıxılaraq həyatını itirən məşhur müğənni Güllü’nün (Gül Tut) ölümü ilə bağlı istintaq davam edir. Hadisə ilə əlaqədar yeni detallar üzə çıxıb.
Minval.info xəbər verir ki, müğənninin qızı Tuğyan Ülkem Gülter “yaxın qohumunu qəsdən öldürmək” ittihamı ilə həbs olunub. Hadisənin yeganə şahidi Sultan Nur Ulu isə ev dustaqlığına buraxılıb. İstintaq çərçivəsində Sultan Nur Ulunun prokurorluqda hadisəni yenidən canlandırdığı görüntülər iş materiallarına əlavə edilib.
İş materiallarına daxil edilən digər sübut isə Sultan Nur Ulunun atası Ariflə telefon danışığının səs yazısıdır. Arif danışıq zamanı qızının ona hadisə barədə danışdığını və “Sultan mənə dedi ki, ‘Biz onu atdıq, ata. Biz onu atdıq, öldürdük’. Sultan dedi ki, mən onu atdım. O dedi ki, ‘Tuğyan mənə iki mənzil təklif etdi, mən də onu atdım'” ifadələrini səsləndirdiyini bildirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!
Flora Kərimova: Afət Fərmanqızı ilə barışmadım