Müdafiə Nazirliyində milyonluq yeyinti qalmaqalı
Müdafiə Nazirliyinin İşlər İdarəsinin keçmiş rəisi polkovnik Elnur Süleymanov və həmin idarənin daha üç əməkdaşı barəsində cinayət işi açılıb. Onlar 1 milyon manatdan artıq vəsaitin mənimsənilməsində ittiham olunurlar.
Minval.info xəbər verir ki, Elnur Süleymanovla yanaşı, bölmə rəisi polkovnik-leytenant Emin Əliyev, idarənin digər əməkdaşları Məsud İbrahimov və Pərviz Abdullayev də istintaqa cəlb edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxslər hazırda həbsdə deyil, məhkəməyə qədər barələrində alternativ qətimkan tədbiri seçilib. Əgər ziyan ödənilməzsə, onları 14 ilə qədər həbs cəzası gözləyir.
Xatırladaq ki, Elnur Süleymanov sonuncu dəfə Azərbaycan Ordusunun keçmiş baş qərargah rəisi Nəcməddin Sadıkovun xərcləri ilə bağlı məhkəməyə göndərdiyi hesabatla gündəmə gəlmişdi. Həmin hesabatda N.Sadıkova 6 dəst armudu stəkanın alınması üçün 21 min manat, hər biri 100 manat olan 80 çaxırın alınması üçün isə 8 min manat xərcləndiyi qeyd olunmuşdu.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!