MTV-nin aparıcısı bir gündə iki dəfə qəzaya düşüb öldü
Dağıstanlı jurnalist və “MTV-Stolitsa” telekanalının aparıcısı Tamilla Abdullayeva Mahaçqala şəhərində yol qəzasında dünyasını dəyişib.
Oxu.az yazır ki, bu barədə yerli “Çernovik” qəzetinin “Telegram” kanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, aparıcı iki dəfə qəza keçirib. Birinci qəzadan sonra Abdullayeva üçün təcili yardım maşını gəlib. Aparıcı xəstəxanaya aparılarkən təcili yardım maşını da başqa bir avtomobillə toqquşub. Aldığı zərbələrdən jurnalist hadisə yerində dünyasını dəyişib.
Abdullayeva MTV telekanalının “Stolitsa” media holdinqində baş redaktor, həmçinin, kanalın aparıcısı vəzifəsində çalışırdı.
Bundan başqa, jurnalistin “Instagram” səhifəsində qeyd edilir ki, o, Moskvada “Rossiya seqodnya” beynəlxalq informasiya agentliyində radiojurnalistikanı tədris edirdi.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bu tarixdən leysan yağacaq, dolu düşəcək - xəbərdarlıq
Kiyevə dron hücumu zamanı azərbaycanlı yaralanıb
Azərbaycan əsgərinin Ermənistanda saxlanılmasının görüntüləri yayıldı
Sumqayıtda 21 şagirdin zəhərlənməsinin səbəbi açıqlandı
Qonaqlara iylənmiş ətdən yemək verən "Çıraq Palace" ilə bağlı qərar verildi
İspaniyada güclü yağışlar ölümlə nəticələndi, dərslər təxirə salındı
Türkiyədə sel fəlakətində ölənlərin sayı artdı