MSK daha 4 şikayəti təmin etmədi - Yenilənib
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 28 saylı Sabunçu üçüncü seçki dairəsindən daxil olmuş müraciətə baxılıb. “Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü İlham Məmmədov məlumat verib.
O bildirib ki, daha öncə də sözüdedən seçki dairəsi ilə bağlı müraciət daxil olub və araşdırma aparılıb. MSK-nın araşdırması zamanı müraciətdə iddia olunan qanun pozuntuları öz əksini tapmayıb. Bu səbəbdən MSK üzvü namizəd Tahir Poladzadənin müraciətinin təmin olunmaması təklif edib. Namizəd T. Poladzadə şikayətində qeyd edib ki, Dairə Seçki Komissiyasının üzvləri səs saylarını şişirdib.
Səsvermə nəticəsində şikayətlər təmin edilməyib, MSK DSK-nın qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, bu dairə üzrə lider Eldar Quliyevdir.
**
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 66 saylı Biləsuvar seçki dairəsindən daxil olmuş müraciətə baxılıb. “Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü Tofiq Həsənov məlumat verib.
O bildirib ki, seçki dairəsi ilə bağlı daxil olan müraciətə baxılıb və araşdırma aparılıb. MSK-nın araşdırması zamanı müraciətdə iddia olunan qanun pozuntuları öz əksini tapmayıb. Bu səbəbdən MSK üzvü namizədin müraciətinin təmin olunmaması təklif edib. Şikayətçi Lətifə Əliyeva çıxışında bildirib ki, təqdim olunmuş faktların araşdırılmasından narazıdır.
MSK qərara alıb ki, şikayət təmin olunmasın, DSK-nın qərarı qüvvədə saxlanılsın.
Qeyd edək ki, həmin dairədən lider namizəd Bəhruz Məhərrəmovdur.
**
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 68 saylı Cəlilabad kənd seçki dairəsindən namizəd Sakit Mirişovun müraciətinə baxılıb.
“Qafqazinfo”nun verdiyi məlumata görə, MSK üzvü Tofiq Həsənov bildirib ki, namizəd müraciətində 9 fevral dairə üzrə əksər seçki məntəqlərində qanun pozuntularının, neqativ halların baş verdiyini qeyd edib. Onun sözlərinə görə, ekspert qrupu tərəfindən müraciət hərtərəfli araşdırılıb.
ƏLAQƏLİ
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
MSK namizədin müraciətinin təmin edilməməsi və DSK-nın qərarının qüvvədə saxlanılması barədə qərar qəbul edib.
**
Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında 6 saylı Culfa-Babək Yasamal üçüncü seçki dairəsindən daxil olmuş müraciətə baxılıb. “Qafqazinfo” xəbər verir ki, məsələ barədə MSK üzvü Validə Kazımova məlumat verib.
O qeyd edib ki, namizəd Mətləb Aslanov müraciətində məntəqələrdə video və foto çəkilişə qadağalar qoyulduğunu, müşahidəçilərə məhdudiyyətlər yaradıldığını iddia edib. O bildirib ki, daha öncə də sözüdedən seçki dairəsi ilə bağlı müraciət daxil olub və araşdırma aparılıb. MSK-nın araşdırması zamanı müraciətdə iddia olunan qanun pozuntuları öz əksini tapmayıb.
MSK qərara alıb ki, şikayət təmin olunmasın, DSK-nın qərarı qüvvədə saxlanılsın.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Viktoriya hökuməti seçilərsə, pulsuz abort xidmətləri təklif edəcək
İran həm müharibəyə, həm də danışıqlara hazırdır — Qalibaf
Macarıstan Ukraynaya dəstək verməyəcəyini açıqladı
Türkiyədə seçki sorğusu: Ərdoğan və rəqibləri arasındakı fərq açıqlandı
Almaniyadan xəbərdarlıq: Avropa müharibəyə hazır olmalıdır!
ABŞ hakimindən Trampa vergi ödəyici pullu reklamları dayandırma əmri
Milli QHT Forumu məktəblərdə geyim qaydalarına dəstək verir