Modriç Ronaldonun yoxluğundan danışdı: "Əvəz tapmaq mümkün deyil"
“Real”ın yarımmüdafiəçisi Luka Modriç əvvəllər madridlilərlə bir düşərgədə çıxış etmiş Kriştianu Ronaldonun komandaya təsirindən danışıb.
“Report” “Marca” qəzetinə istinadən xəbər verir ki, xorvat futbolçu Ronaldo kimi futbolçu tapmağın mümkünsüz olduğunu deyib:
“Ronaldo hər bir komandanın ehtiyac duyduğu bir futbolçudur. Onun bərabərində əvəz tapmaq mümkün deyil. Əlbəttə, komanda üçün etdiklərini nəzərə alanda, bizim ona ehtiyacımız var. Klub onun gördüyü işləri digər futbolçular arasında bölüşdürməyə çalışır, lakin bu, o qədər də asan deyil.
O 50 qol vururdu, siz daha bir belə futbolçu tapa bilməzsiniz. Kimsə bir addım önə çıxmalıdır və qoy o 50 qol vurmasın, heç olmasa, 15-20 və ya hətta 10 qol vursun. Bizdə çatışmayan budur. Ona görə fürsətlərin qola çevrilməsi bizim cari mövsümdə ən böyük problemimizdir. Lakin Kriştiano artıq bizim komandada yoxdur və biz bütün 10 ili onun yoxluğundan şikayətlənə bilmərik”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək