Modeldən Zaur və Tünzaləyə ağır sözlər: “Özlərini qoyublar artistliyə” – VİDEO
“Zühal Topalla izdivac” verilişindən məşhurlaşan azərbaycanlı gəlin namizəd Esmira qalmaqallı açıqlama edib.
Minval.info-nun məlumatına görə, o, şəxsi “Instagram” hesabında aparıcı Zaur Baxşəliyev və əməkdar artist Tünzalə Əliyevanın ünvanına kəskin fikirlər söyləyib.
O, “Toppuş bacı”dan reytinq xatirinə istifadə olunduğunu bildirib:
ƏLAQƏLİ
Bakıda kinoya çəkilmək istəyən iki qadın zorlandıqlarını iddia edir - ŞOK VİDEO
“Hazırda baxırıq hər yerdə “Toppuş bacı”dan söhbət gedir. Düzdür, hamının problemi, xəstəliyi ola bilər. Allah hamıya şəfa versin. Bu lağlağı olacaq bir şey deyil, lağlağıya da qoymuram. O qədər xəstə insanlar, o qədər ölümlə üz-üzə olanlar var. Heç onları çıxardıb Zaur reklam etmir, tutub Tünzaləni reytinq xətrinə reklam edir. Mən özüm də belə bir verilişdə olmuşam. Əvvəllər evlilik verilişində bizə də ssenari yazırdılar ki, ağlayın, gülün, danışın. Aparıcı bizi ağladırdı, özlərini artistliyə qoyurdular. Elə həmçinin də Zaurun verilişi – özlərini qoyublar artistliyə. Bir dənə Tünzaləni otuzdurublar orada. O qədər Azərbaycanda xəstə, şikəst, kasıb, maşını olmayan ailə var. Tünzalənin maşını var, əri sürür. Mən bir dəfə də görmədim ki, onun əri öz səhifəsində Tünzalə haqqında nəsə paylaşsın”.
Xatırladaq ki, ATV-də yayımlanan “Bizimləsən” verilişində əməkdar artist Tünzalə Əliyevanın mənzil kreditinin toplanması üçün başlanan yardım aksiyası sosial şəbəkələrdə günlərdir müzakirə mövzusudur.
ƏLAQƏLİ
Zaur Baxşəliyevlə Rəşad Məcid arasında "TikTok" polemikası: “Dünya süni intellektdən danışır, biz isə...”
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vəfatından sonra gündəm olan etiraf: "Flora Kərimovanın məhkəmələrində..."
"Pərviz yanağına xətt çəkirdi ki, mənə oxşasın" - Qalmaqal
Nura Suri: “Mədəniyyət Nazirliyində müğənnilərdən yeyinti tələb olunur”
"Nəticə yoxdursa, dövlət niyə kinoya pul ayırsın?"