Mobil telefonlarla bağlı qərar barədə
Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə” 31 iyul 2018-ci il tarixli qərarını ləğv edib.
“Minval.info” xəbər verir ki, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz sosial şəbəkə hesabında qərara aydınlıq gətirib.
“Rüsum ləğv edilməyib.
ƏLAQƏLİ
Yeni iphone modeli təqdim olunmadan sirri açıldı: Qoruyucu üzlükdən ipucları!
Sadəcə, artıq xeyli müddətdir ki, bu məsələ qanunla tənzimlənir. Bu baxımdan, Nazirlər Kabinetinin bu sahəni tənzimləyən qərarı ləğv edilib.
Ləğv olunan qərarda telefonun modelindən asılı olaraq müəyyən olunan rüsumlar indi “Dövlət rüsumu haqqında” qanunda öz əksini tapıb.
Əvvəllər mobil telefonların qeydiyyat rüsumundan əldə olunan vəsaitin 30%-i Prezident Administrasiyasında, Prezidentin İşlər İdarəsində və Prezidentin Xüsusi Tibb Xidmətində işləyən dövlət qulluqçuları və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq, habelə Nazirliyin mobil cihazların qeydiyyatı sistemini saxlamaq üçün istifadə edilirdi. Bununla bağlı çox yazılıb.
ƏLAQƏLİ
Meta və microsoft əməkdaşlığının arxasındakı milyonlar: Süni intellektdə yeni dövr?
Bu məsələni tənzimləyən sənədlərin bir hissəsi də adıçəkilən qanunun qəbulundan sonra ləğv edilib”, – o qeyd edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Uşaqların təhlükəsizliyi üçün yeni tələblər gündəmdə
OpenAI-nin yeni "astra" modeli: Təhlükəmi, yoxsa irəliləyiş?
Apple Telegram-ı App Store-dan sildi – Səbəb açıqlandı
Bakıda iPhone 17 qiymətləri niyə yüksəkdir?
Çində süni intellekt texnologiyasında mühüm irəliləyiş