“Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü yekunlaşıb
Artıq iki ildir ki, “Misli”nin dəstəyi ilə keçirilən Peşəkar İntellekt Liqasının 2024-cü il mövsümü uğurla başa çatıb. Fevral ayında start götürən liqa 10 ay boyunca intellektual mübarizə ilə dolu maraqlı turnirlərə ev sahibliyi edib. Ümumilikdə, 22 turnirdə 20-dən artıq müəllifin hazırladığı suallar səsləndirilib.
Maraqlı və rəqabətli mövsümün sonunda Peşəkar İntellekt Liqasının qalibi “Bersek” komandası olub. Bu komanda bütün rəqiblərini geridə qoyaraq birinci yeri tutub. İkinci yerə “Dərələyəz”, üçüncü yerə isə “Malcon Y” komandası layiq görülüb. “Qış Kuboku”nda isə l yerə “Vendetta” komandası, ll və lll yerlərə isə müvafiq olaraq “Revolver” və “Oğuz” komandaları sahib çıxıblar.
Qaliblər “Misli” və təşkilatçılar tərəfindən kubok, medal, diplom və dəyərli hədiyyələrlə mükafatlandırılıblar. Liqada top 10 müəllif “Misli”dən xüsusi hədiyyələr qazanıb.
Layihənin əsas məqsədi ana dilli intellektual hərəkatın inkişafına dəstək vermək, gənclərin asudə vaxtını səmərəli təşkil etmək və gələcəkdə intellektual potensiallı kadrların yetişdirilməsinə töhfə verməkdən ibarətdir.
Qeyd edək ki, Peşəkar İntellekt Liqası “Misli”nin sponsorluğu və “Consensus İntellektual Mərkəzi”nin təşkilatçılığı ilə həyata keçirilib. Layihənin növbəti ildə də davam etdirilməsi planlaşdırılır.
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək


