Miri Yusifin yağış altında baş tutan konserti – Fotolar
Xalq artisti Miri Yusif yayın ilk solo konsertini verib.
Minval.info xəbər verir ki, Sea Breeze-də baş tutan konsertdə Miri Yusif ard-arda sevilən mahnılarını səsləndirib. O, tamaşaçılarla söhbət etməyi də unutmayıb. Xalq artisti tamaşaçılara təşəkkürünü bildirərək onların sevgisinin önəmindən bəhs edib.
Konsertdə Miri Yusifin ailə üzvlərini, yaxınları da iştirak edib. Miri Yusif ailə üzvlərinə və ruh əkizləri adlandırdığı fanatlarına səslənərək onların dəstəyini daim hiss etdiyini də vurğulayıb.
Sənətçi səhnə dekorasiyası, səhnə işıqları, rəqslərlə gecəyə xüsusi hazırlaşdığını sübut edib. Gur işıqların arasında səhnəyə çıxan müğənni yağış yağmasına baxmayaraq konserti yarımçıq saxlamayıb.
Konsertdə diqqət çəkən digər məqam isə gənclərin evlənmək təklifi üçün səhnəyə çıxması olub.
Gecə atəşfəşanlıqla sona çatıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır
Çjan İminq Asiyanın ən varlı şəxsi oldu
Alim Qasımovdan Üzeyir Mehdizadəyə böyük dəstək!






