Miri Yusif Varşavada konsert verdi
Xalq artisti Miri Yusif Varşavada konsert proqramı ilə çıxış edib.
Minval.info xəbər verir ki, konsert şəhərin mərkəzində yerləşən OCZKI klubunda baş tutub və yerli azərbaycanlı icması ilə yanaşı, müxtəlif millətlərdən olan musiqisevərləri bir araya gətirib. 28 May – Müstəqillik Günü münasibətilə soydaşlarımız ilə bir araya gələn Miri Yusif səhnədə DJ China ilə birlikdə çıxış edərək, həm yeni, həm də illərdir sevilən hitlərini ifa edib. Repertuarında “Ağ təyyarə”, “Karma” və “Sənin üçün” kimi məşhur mahnılar yer alıb.
Konsertin təşkilatçıları tədbirin yüksək səviyyədə keçməsi üçün xüsusi səhnə və səs texnologiyaları tətbiq ediblər. Tamaşaçılar Miri Yusifin canlı ifasına böyük coşqu ilə qoşulublar və konsert boyu müğənni ilə birlikdə mahnılar səsləndiriblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda qarabağ Milli Parkı yaradılır
Ədəbiyyat üzrə Nobel mükafatının sahibi bəlli oldu
1870 tələbə ödənişsiz təhsil almaq hüququ qazandı
Yeşilçamın tanınmış aktyoru Göksel Arsoy 90 yaşında dünyasını dəyişdi
Semiramis Pekkanın oğlu Zoran Lalvani ailə həyatı qurdu
Viktoriya Bonya tənqidlərə sərt cavab verdi: "Güzgüdə özünüzə baxın!"
Elza Seyidcahan gəlinlərə qayınanaları ilə 2 il yaşamağı arzulayır