Mir Tağı Məscidinin təmirə ehtiyacı var: ianə kampaniyasına start verildi -VİDEOREPORTAJ
Xətai rayonunda yerləşən və bu rayon sakinlərinin əsas ibadət məkanlarından biri olan Mir Tağı Məscidinin təmirə və yenidənqurmaya ehtiyacı var. 20 il öncə təmir olunan məscid artıq baxımsız vəziyyətə düşüb, qapıları, pəncərələri tavanı və döşəməsi köhnəlib, divarların boyası aşınıb, işıqlandırılması da normal vəziyyətdə deyil.
Məscidin axundu Seyyid Mir Cəfər Ağa da “Yeni Müsavat”a danışarkən bildirdi ki, məscidin həyətinin döşənməsinə və üstünün bağlanmasına ehtiyac var. Son vaxtlar ölkədə müxtəlif istiqamətdə aparılan islahatlar və yenidənqurma işlərini, məscidlərin tikilməsini və təmirini əsas gətirən axund, bu proqramlar çərçivəsində Mir Tağı məscidinin də təmir edilməsini istəyir.
https://www.youtube.com/watch?v=ODh9Zb7tYM0&feature=emb_title
Bunun üçün məscidin dini icmasının rəhbəri Seyyid Mir Cəfər Ağanın adına açılan hesab nömrəsinə vəsait göndərməklə hər kəs bir neçə manat olsa belə, bu işə yardım edə bilər. Artıq bu günə qədər ətrafda yaşayan, burada ibadət edən müsəlmanların yardımı ilə bəzi işlər görülüb, dəstəmazxanalar düzəldilib. Lazımi avadanlıqların bir hissəsi tikinti materialları satılan yerlərdən nisyə götürülüb.
Axundun sözlərinə görə, bu hesabın rekvizitləri bir neçə nəfər səlahiyyətli nümayəndədə var və şəffaflıq üçün məsuliyyəti üzərinə götürmək istəyən şəxslərə də təqdim oluna bilər. Hətta bu işdə könüllü olanlar mal və materialların alınması prosesində iştirak edərsə daha yaxşı olar.
Məscidə yardım edənlər isə burada ibadət olunduğu müddətcə etdikləri yardımın savabını qazana bilərlər.
Bunun üçün bank hesabını təqdim edirik.
Məscidin hazırki durumu ilə bağlı daha ətraflı təqdim etdiyimiz videoreportajdan izləyə bilərsiniz.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Sabahın hava PROQNOZU: Havada gəzmək RİSKLİDİR
200 manat almaq üçün hansı sənədlər lazımdır?
Bir milyardlıq ittihama yarımçıq cümlə ilə cavab verdi...
Azərbaycanda uşaq, tələbə, pensiyaçı və hamilə qadınlara ŞAD XƏBƏR
Rəmiş son mənzilə yola salındı
Sülhməramlılar jurnalistlərimizi Xocalıya buraxmadı