Minval.info yazdı, problem həll olundu - FOTO
Bir neçə gün öncə saytımızda Bakının Yasamal rayonunda gülünc mənzərənin yarandığı barədə məqalə dərc etdik. Məqalədə “İnşaatçılar” metrostansiyasının yaxınlığında aparılan tikinti işləri ucbatından ərazinin zibilliyə qərq olması barədə bəhs olunurdu.
Belə ki, həmin ünvanda yeni bina inşa olunduğundan zibil çənləri oradan götürüldü. Əvəzində isə tullantıların içərisində elə itib-batan xırda zibil qabı qoyuldu. O da ki, bir xeyli sonra…
Minval.info məsələni ictimailəşdirdikdən bir qədər sonra müvafiq qurumlar gec də olsa, öhdəsinə düşən işi yerinə yetirib.
Həmin ərazidən bir qədər kənarda artıq zibil çənləri yerləşdirilib. Üzərində “zibili zibil qutusuna atın” yazınlan bannerin ətrafına isə oxlar çəkilib.
Həmçinin oxu: Bakının Yasamal rayonunda gülünc mənzərə – Problem zibillikdən daha betərdir…(FOTO)
Minval.info
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bayram namazının vaxtı açıqlandı
"Nə icra başçısı, nə millət vəkili bu uşağa kömək etdi"
Baş həkim işdən çıxarıldı
Beynəlxalq Bankın Yevlax filialında özbaşınalıq - VİDEO
İrandan gələn maşınları polis müşayiət edir - Foto
İsmayıllıda toyda baş vermiş zəhərlənmə ilə bağlı cinayət işi başlanılıb
