Minlərlə hamilə qadın ölümlə üz-üzə -
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) yəmənli hamilə qadınlarla bağlı hesabatını təqdim edib.
Minval.info teleqraf.com-a istinadən xəbər verir ki, UNFPA Yəmənin 4 ildir müharibənin davam etdiyi Hüdeydə şəhərində hamilə qadınların ölüm təhlükəsi ilə qarşı-qarşıya olduğunu açıqlayıb.
Hesabata görə, müharibə bölgədə səhiyyə sistemini tamamilə sıradan çıxarıb, xəstəxanalar yerlə-yeksan edilib. Hamilə qadınlar xidmət səviyyəsinin aşağı düşməsinə görə ölüm riski ilə üz-üzə qalıblar.
Bölgədə minlərlə hamilə qadın yaşayır.
UNFPA hesabatında Yəməndə ana ölümlərinin 2015-ci ilə müqayisədə iki dəfə artdığı barədə xəbərdarlıq edib.
Qeyd edək ki, 2014-cü ildən Yəməndə vətəndaş müharibəsi gedir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İran və Oman Hörmüzdə razılaşdı: Yeni marşrutlar!
Mehdiabadda zibil və su gölməçəsi problemi!
Dostluq küçəsində kanalizasiya kabusu: Sakinlər narazıdır
İran-Türkiyə uçuşları davam edir: Məhdudiyyət yoxdur!
Hörmüz boğazı: İran-Körfəz görüşü taleyüklü an qarşısında
Neftin qiyməti kəskin şəkildə ucuzlaşdı
Medvedyev: Litva dünya xəritəsindən silinə bilər