Millimizin sabiq üzvləri diskvalifikasiya edildi
Azərbaycan millisinin keçmiş futbolçusu Mert Çelik futboldan kənarlaşdırıldı
Minval.info xəbər verir ki, Azərbaycan millisinin formasını da geyinmiş 25 yaşlı müdafiəçi Mert Çelik futboldan 45 gün müddətinə kənarlaşdırılıb.
Bakupost.az xəbər verir ki, Türkiyə Futbol Federasiyasının açıqlamasına görə, futbolçunun cəzalanmasına səbəb mərc oyunları ilə bağlı fəaliyyəti olub.
Eyni səbəbdən Azərbaycan millisinin daha iki keçmiş futbolçusu – Emre Kaplan və Murad Cem Akpınar də 45 gün müddətinə futboldan diskvalifikasiya olunublar.
Bundan əlavə, “Qalatasaray” klubundan Eren Elmalı və Metehan Baltacı ilə birlikdə 100-dən çox futbolçu eyni səbəbdən müəyyən müddətə futboldan uzaqlaşdırılıb. Xəbərdə bildirilir ki, E. Elmalı 45 gün, M. Baltacı isə 9 ay müddətinə yaşıl meydanlardan kənar qalacaq.
Qeyd edək ki, Mert Çelik Azərbaycanda “Neftçi” və “Səbail” klublarında da çıxış edib. Emre Kaplan Azərbaycanın U-19 və U-21, Murad Cem Akpınar isə U-17 millisində forma geyinib.
Minval.info
ƏLAQƏLİ
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək