Millimiz Ermənistana qalib gəldi

Bu gün İranın Sircan şəhərində yeniyetmə yunan-Roma güləşçiləri arasında “Yadigar İmam Cup” beynəlxalq turniri start götürüb.
Oxu.Az xəbər verir ki, komanda yarışında ölkəmizi yeniyetmələrdən ibarət yığmamızın məşqçiləri Nazim Əhmədov və Rasim Ağayevin rəhbərliyi altında Ziya Babaşov (45 kq), Qurban Qurbanov (48 kq), Elmir Əliyev, Nihad Quluzadə (hər ikisi 51 kq), Nihad Məmmədli (55 kq), Həsrət Cəfərov, Əli Alıyev (hər ikisi 60 kq), Xasay Həsənli (65 kq), Allahverdi Əliyev (71 kq), Qabil Əhmədov (80 kq), Laçın Vəliyev (92 kq) və Əli Fərmanovdan (110 kq) ibarət kollektiv təmsil edir.
Millimiz qrupda İranın üçüncü komandasına və Ermənistana 8:2, İranın ikinci komandasına isə 9:1 hesabıyla qalib gəlib. Bununla da güləşçilərimiz qrup qalibi kimi finala yüksəlib. Sabah yığmamız finalda İranın əsas komandasıyla qarşılaşacaq.
Qeyd edək ki, yarışın hakimləri arasında həmyerlimiz Azər Allahverdiyev də var.
Minval.İnfo
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Kamil Zeynallı Tailandda rahibin duasını aldı
Xoruldama: Yuxuda nəfəs dayanmasının təhlükəsi!
Argentina futbolu Messini 1 dəqiqə alqışlayacaq
UEFA "Fənərbağça" və futbolçularını araşdırır
Bakı Qran-prisi üçün yeni tribuna istifadəyə verildi
Neftçi SOCAR dünya seriyasında ikincidir!
Osimhen İstanbulda lüks Ferrari ilə heyran etdi