Millidən uzaqlaşdırılan dünya çempionumuza vəzifə verildi
Boks üzrə qadınlardan ibarət Azərbaycan millisində yeni məşqçi təyinatı rəsmiləşib. 29 yaşlı Elvin Məmişzadəyə yığmamızın böyük məşqçisi vəzifəsi həvalə edilib.
Dünya çempionu və Avropa Oyunlarının qalibi baş məşqçi Elbrus Rzayevin əsas köməkçisi funksiyasını yerinə yetirəcək. Artıq o, Olimpiya Təsnifat Turnirləri üçün hazırlaşan komandamızın düşərgəsinə qoşulub.
Qeyd edək ki, E.Məmişozadənin millinin baş məşqçisi ilə problemlər yaşadığı və bu üzdən komandadan uzaqlaşdırıldığı bildirilir.
Bundan əlavə Şöhrət” ordeni Pərviz Bağırzadə və Olimpiya mükafatçısı Teymur Məmmədov milli komandadan uzaq düşüb. Hazırda gənc idmançı T.Məmmədov klubların birində məşqçi kimi fəaliyyət göstərir.
Xatırladaq ki, Elbrus Rzayevin yetirməsi olan E. Məmişzadə 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının və Dohada təşkil olunan dünya çempionatının qalibi adına yiyələnib. Onun medal kolleksiyasında Avropa çempionatının gümüş (2010, Moskva) və bürünc (2013, Minsk) mükafatları da var. (Unikal.org)
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ailəsini də götürüb Əbu-Dabiyə getdi: Gürcü ilə döyüşmək üçün
Ronaldo və Jezuş arasında gərginlik: azarkeşləri narahat edən mübahisə
Azərbaycan güləşçiləri dünya çempionatında 3 gümüş medal qazanıblar
Ronaldo, Messi ilə rəqabətindən danışdı: Formula 1 əfsanələri kimi
Əfsanəvi boksçu Vilfredo Qomes 69 yaşında vəfat etdi
Cəmilə Muradlı Avropa çempionu adını qazandı
“Qalatasaray” – “Barselona” matçını italiyalı hakim idarə edəcək